Natiq Cəfərli: "Trendyol Azərbaycana çatdırılma xidmətinin bahalaşdırılması alternativ satış saytlarına marağı artıracaq"

İQTİSADİYYAT
18:30 / 15.05.2024
234

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Тrendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. 

Şirkət qiymətləri 2.5 dəfə artırıb. Nəticədə  79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti artıq 199.99 TL (10.63 azn) dəyərində təklif olunur.

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin onlayn ticarət platforması "Temu" şirkəti fəaliyyətə başlayıb. 

Ehtimal olunur ki, qarşıdakı dövrdə "Temu" şirkəti "Trendyol"u daxili bazardan uzaqlaşdıra biləcək. 

Görəsən, bu ehtimal nə dərəcədə doğrudur?

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, Trendyol Azərbaycana çatdırılma xidmətinin bahalaşdırılması alternativ platformalarda keçid başlayacaq:

 "Trendyolun özü qiymət artımında maraqlı deyil.  Bu maraq qruplarının lobbiçilik fəaliyyəti ilə bağlıdır. Trendyolun məhsulları tırlarla daşınır. Uzun müddətdir ki, Türkiyədə benzin və dizel yanacağının qiyməti qalxmayıb. Bu səbəbdən də qiymətin qalxması mənasızdır".

Sevinc

0