Quru sərhədlər açıla bilər?

İQTİSADİYYAT
13:52 / 13.06.2024
363

"Quru sərhədlərin bağlı qalması karantin rejimi ilə bağlı deyil. Sərərhədin uzun müddət nəyə görə bağlı qalmasının səbəbi hər kəsə bəllidir". 

Bu fikri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib .

O hesab edir ki, quru sərhədlərin açılmasını vaxtı çatıb. Çünki ölkəmiz böyük bir tədbirə ev sahibliyi edəcək. COP29 tədbirinə 100 minə yaxın qonağın gəlməsi gözlənilir:

 "Sərhədin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmək Azərbaycan kimi təhlükəsiz ölkənin imicinə zərər  verə bilər. Danılmaz faktdır ki, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə təmin olunur. Hüquq mühafizə və xüsusi xidmət orqanları təhlükəsizliklə bağlı kifayət qədər effektiv çalışır. Bu səbəbdən də hesab edirəm ki, məlum tədbir öncəsi quru sərhədlərin açılması vacibdir".

Sevinc

0