İşğaldan azad olunan ərazilərə dövlət kapital qoyuluşları artır

İQTİSADİYYAT
18:30 / 19.09.2024
53

“Işğaldan azad olunan ərazilərə dövlət kapital qoyuluşlarının artması zərurət təşkil edir. Həmin vəsait infrastruktura istiqamətlənir. Infrastruktur ənənəvi olaraq bazar iqtisadiyyatı şəraitində dövlətin üzərinə düşən seqmentdir”.

Bu sözləri Hit.az-a iqtisadçı alim Elşad Məmmədli deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə infrastruktur təminatı ilə bağlı böyük işlər görülür:

“Nəzərə almaq lazımdır ki, işğal dövründə həmin ərazidəki infrastrukturun böyük əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Indi yeni standartlara uyğun infrastrukturun reallaşması vacibdir. Onu da deyim ki, bazar iqtisadiyyatı şəraitində prioritet məhz özəl daxili investisiyalara verilməlidir. Bunun üçün bank kreditləşməsinin şərtləri yumşalmalıdır”.

Sevinc

0