“Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC-nin elan etdiyi 822 min manatlıq satınalma proseduru ləğv olunub.
Hit.az xəbər verir ki, satınalmanın predmeti Babək, Şərur və Ordubad rayonlarında torpaq və qum-çınqılın qazılaraq avtomobillərə yüklənməsi, həmçinin torpaq və asfaltın daşınması xidmətlərinin satın alınması olub.
Məlumata görə, satınalmanın ehtimal olunan qiyməti 822 min 342 manat 92 qəpik təşkil edib.
Prosedurun ləğv edilməsinə səbəb müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.
Abbas


