“Divançı.az” MMC-yə istehlakçı hüquqlarını məhdudlaşdırdığı üçün protokol tərtib edilib

İQTİSADİYYAT
21:38 / 15.07.2026
45

“Divançı.az” MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta qeydə alınıb.

Hit.az xəbər verir ki, şirkət tərəfindən istehlakçıya təqdim olunan sifariş blankına qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilib.

Şirkətin bu hərəkəti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci və 16-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) ilə tədbir görülüb.

Abbas 

0