"Təcili olaraq Böyükşor gölünün üstündən keçən yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində dairəni dağıdıb normal işıqfor qurmaq lazımdır”.
Redaktor.az xəbər verir ki, bu təkliflə nəqliyyat eksperti Aslan Əsədov çıxış edib. O, hesab edir ki, bununla da bu ərazidə tıxacın qarşısı alına bilər:
"Həmçinin avtobus dayanacağını da 100 metr geriyə çəkmək, Santralın qabağındakı hissəni yola qatmaq lazımdır. Beləcə, tıxac həll olunar", - deyə nəqliyyat eksperti əlavə edib.