Artıq yerli bazarlarda balıq satışına rəsmi olaraq start verilib. Yeni mövsümün ilk günlərində piştaxtalarda diqqəti cəlb edən əsas məqam qiymətlərin nisbətən baha olmasıdır.
Hit.az-ın əməkdaşı bazarda balıq qiymətləri ilə maraqlanıb.
Belə ki, hazırda satışda olan məhsulların böyük əksəriyyətini xarici ölkələrdən idxal edilən balıq növləri təşkil edir. Bununla yanaşı, az miqdarda da olsa, yerli su hövzələrindən tutulan təzə balıqlar da alıcılara təqdim olunur. Təklifin hələ ki, məhdud olması səbəbindən qiymət cədvəlində yüksək rəqəmlər üstünlük təşkil edir. Alıcılar tərəfindən ən çox soruşulan məhsulların dəyəri cibə görə dəyişir.
Satıcıların bildirdiyinə görə, hazırda bazarda ən ucuz balığın bir kiloqramı 6-7 manat civarında təklif olunur. Daha keyfiyyətli və iriölçülü balıqların qiyməti isə bu məbləğdən dəfələrlə baha başa gəlir. İdxal olunan məhsulların nəqliyyat və gömrük xərcləri də ilkin qiymətlərin yüksək qalmasına birbaşa təsir edir. Mövsümün yeni başlaması səbəbindən alıcıların hələlik daha çox qiymətlərlə maraqlandığı, kütləvi alış-verişə tələsmədiyi müşahid olunur.
Lakin satıcılar mövcud vəziyyətin müvəqqəti olduğunu bildirirlər. Onların sözlərinə görə, qarşıdakı həftələrdə havaların daha da soyuması ilə ovlama prosesi intensivləşəcək. Yerli balıq ovunun artması isə bazarlarda bol məhsul bolluğunun yaranmasına gətirib çıxaracaq.
Təklifin kəskin artması nəticəsində qiymətlərdə nəzərəçarpan enmənin olacağı gözlənilir. Satıcılar oktyabr ayının ortalarından etibarən balıq qiymətlərinin hər kəs üçün daha əlçatan səviyyəyə düşəcəyini proqnozlaşdırırlar.
Pərviz


