Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

İQTİSADİYYAT
17:27 / 15.09.2026
51

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Telman Xıdırov "Aqrar Tədarük və Təchizat" ASC-də Meyvə-tərəvəz tədarükü şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Xıdırov 2021-ci ildən yeni təyinata qədər bir sıra supermarket şəbəkələrində müxtəlif vəzifələrdə çalışıb.

0