“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən Şuşa şəhəri, Zəfər küçəsi, giriş 3 ünvanında yerləşən Dövlət Xidmətləri Mərkəzinin xarici elektrik təchizatının təmin olunması məqsədilə zəruri işlərin satınalınması üzrə tender elan olunub.
Hit.az xəbər veror ki, tender çərçivəsində mərkəzin dayanıqlı və fasiləsiz enerji təchizatının təmin edilməsi üçün xarici elektrik infrastrukturunun qurulması və müvafiq texniki işlərin görülməsi nəzərdə tutulur.
Satınalma predmetinin ehtimal olunan qiyməti 252.003,44 manat təşkil edir. Tender üzrə təkliflərin qəbulu iyunun 8-dək davam edəcək.
Son illərdə Şuşa şəhərində aparılan bərpa və yenidənqurma layihələri çərçivəsində dövlət xidmətləri infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Abbas


