Azərbaycanda otellər ən çox nədən pul qazanırlar?

İQTİSADİYYAT
23:51 / 13.05.2026
44

Bu ilin yanvar-mart aylarında Azərbaycanda otellərin əldə etdiyi ümumi gəlir 128 milyon 717,3 min manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, gəlirlərin əsas hissəsi nömrələrin satışından formalaşıb. Bu istiqamətdən 74 milyon 949 min manat gəlir əldə edilib. İaşə xidmətlərindən daxilolmalar isə 35 milyon 89,4 min manat təşkil edib.

Hesabat dövründə müalicə-sağlamlıq xarakterli xidmətlərdən 4 milyon 838,2 min manat gəlir əldə olunub. Konfrans zallarının təqdim edilməsi xidmətlərindən 1 milyon 305 min manat, digər xidmətlərdən isə 12 milyon 521,6 min manat gəlir qeydə alınıb. Ekskursiya xidmətlərindən daxilolmalar isə cəmi 14,1 min manat olub.

Ümumi gəlirin yarıdan çoxu – 51,2%-i Bakı şəhərinin payına düşüb. Paytaxtda otellərin gəliri 65 milyon 881,3 min manat təşkil edib. Bunun 43 milyon 454,8 min manatı nömrələrin satışından, 17 milyon 119,6 min manatı isə iaşə xidmətlərindən əldə olunub.
 

0