Dövlət Miqrasiya Xidmətində 122 min manatlıq abadlıq

İQTİSADİYYAT
21:16 / 13.05.2026
45

Dövlət Miqrasiya Xidməti abadlaşma işlərinin satınalınması ilə bağlı tenderin nəticəsini elan edib.

Hit.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “ALİMAR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında bağlanacaq müqavilənin məbləği 122 min 99 manat 58 qəpik təşkil edir.

Layihə çərçivəsində Dövlət Miqrasiya Xidmətinin ərazisində müxtəlif abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Abbas 

0