Mənzil qiymətləri yüksəlir: ilkin bazarda artım 13 faizi keçib

İQTİSADİYYAT
11:47 / 15.05.2026
44

2026- cı ilin I rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübünə nəzərən 8.1% artıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, o cümlədən ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 13.1%, təkrar mənzil bazarında isə 8.1% yüksəlib.

Qeyd edilib ki, 2026-cı ilin mart ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.3%, aylıq əsasda isə 0.3% artıb.

0