Sabiq deputatın şirkəti Tuğun xarici su təchizatının təşkilindən 3.6 milyon qazanacaq

İQTİSADİYYAT
17:12 / 15.05.2026
35

Xocavənd rayonunun Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə 3 600 000 AZN sərf olunacaq.

HİT.Az Pravda.az-a istinadən xəbər verir ki, sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi, icraçı isə "Azərsutəchizattikinti" ASC-dir.

Tərəflər arasında müqavilə bağlanıb.

Qeyd edək ki, ASC-nin qanuni təmsilçisi sabiq deputat Mirzəcan Xəlilovdur.

0