Şəki Şəhər İcra Hakimiyyəti bir neçə nəqliyyat vasitəsini hərraca çıxarır. Hərrac iyunun 23-də keçiriləcək.
Hit.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında 2006-cı il istehsalı olan “QAZ 31105-120” markalı, 55-AA-365 dövlət qeydiyyat nişanlı minik avtomobili yer alır. Nəqliyyat vasitəsinin ilkin satış qiyməti 2 500 manat, iştirak haqqı isə 250 manat müəyyən edilib.
Siyahıda 2003-cü il istehsalı olan “QAZ 3110-101” markalı, 55-AA-352 dövlət qeydiyyat nişanlı avtomobil də var. Bu nəqliyyat vasitəsi 2 300 manat ilkin qiymətlə satışa çıxarılıb. Hərracda iştirak haqqı 230 manat təşkil edir.
Bundan başqa, 2006-cı il istehsalı olan “QAZ 31105-120” markalı, 55-AA-010 dövlət qeydiyyat nişanlı minik avtomobili 2 800 manat ilkin qiymətlə hərraca çıxarılıb. Bu avtomobil üzrə iştirak haqqı 280 manatdır.
Hərraca çıxarılan digər avtomobil isə 2006-cı il istehsalı olan “QAZ 31105-120” markalı, 55-AA-349 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Avtomobilin ilkin satış qiyməti 2 500 manat, iştirak haqqı isə 250 manat müəyyən olunub.
Hərrac dövlət əmlakının satışı çərçivəsində təşkil edilir.
Abbas


