Memarlıq və İnşaat Universitetinə məxsus avtomobil hərraca çıxarılır

İQTİSADİYYAT
19:58 / 17.06.2026
43

Azərbaycan Memarlıq və İnşaat Universiteti publik hüquqi şəxsinə məxsus minik avtomobili hərraca çıxarılır.

Hit.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitəsi 2002-ci il buraxılışlı “Peugeot 406” markalı avtomobildir. 

Məlumata görə, nəqliyyat vasitəsinin start qiyməti 2 250 manat müəyyən edilib.

Hərrac 21 iyul tarixində keçiriləcək.

Abbas 

0