Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir –Borcu 3,5 milyon manatı keçib

İQTİSADİYYAT
17:02 / 18.06.2026
43

Paytaxtdan kənarda fəaliyyət göstərən aparıcı xəstəxanalardan birinin – Gəncə Beynəlxalq Xəstəxanasının bağlı olduğu “Synergy Medical” MMC-nin (VÖEN – 1402941201) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki ki, “Synergy Medical” MMC -nin 18 iyun 2026-cı il tarixinə olan vergi borcu 3 milyon 512 min 659 manat 96 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, 2014-cü ildə VÖEN alan “Synergy Medical” MMC-nin nizamnamə kapitalı 10  000 manatdır. Hüquqi ünvanı Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev. B. 60F-də yerləşən MMC-nin qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır.
 

0