Gəncə MKTİB-i 70 min manatlıq xüsusi geyim forması alacaq

İQTİSADİYYAT
19:40 / 18.06.2026
41

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) xüsusi geyim formasının satın alınması ilə bağlı satınalma müsabiqəsini yekunlaşdırıb.

Hit.az xəbər verir ki, müsabiqənin qalibi “ERC TEKSTIL” MMC olub. Bağlanmış müqavilənin dəyəri 70 003,5 manat təşkil edir.

Yeni geyim formaları kommunal təsərrüfat sahəsində çalışan əməkdaşların iş şəraitinə uyğun standartların təmin edilməsinə xidmət edəcək.

Abbas 
 

0