İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Probfen CO” MMC-nin icra orqanının rəhbəri ilə bağlı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair məhkəməyə müraciət edilib.
Hit.az xəbər verir ki, müraciətə əsasən, vergi ödəyicisi olan şirkətin dövlət və sosial öhdəliklər üzrə ümumilikdə 110 877,71 manat məbləğində borcu yaranıb. Borcun tərkibinə İşsizlikdən Sığorta Fonduna 77,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 1 934,88 manat, İcbari Tibbi Sığorta Fonduna 309,56 manat, eləcə də dövlət büdcəsinə 108 555,87 manat (o cümlədən vergilər üzrə 88 584,38 manat, faizlər üzrə 19 931,49 manat və maliyyə sanksiyası üzrə 40 manat) daxildir.
Gəncə Kommersiya Məhkəməsi iş materiallarını araşdıraraq ərizəyə baxıb və qərar qəbul edib.
Qərara əsasən, “Probfen CO” MMC-nin rəhbəri Məmmədov Elgün Natiq oğlunun ölkədən çıxış hüququ borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılıb.
Abbas


