“Agro Selim” MMC rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı

İQTİSADİYYAT
18:59 / 18.06.2026
43

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 

“Agro Selim” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.  

Hit.az xəbər verir ki, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Ramiq Qələndərzadə qətnamə çıxarıb. 

İş materiallarına əsasən, vergi ödəyicisi olan “Agro Selim” MMC-nin dövlət büdcəsinə və sosial fondlara ümumilikdə 207 735,16 manat məbləğində borcu yaranıb. Borcun tərkibinə dövlət büdcəsi üzrə 207 727,62 manat (o cümlədən vergilər üzrə 170 993,73 manat, faizlər üzrə 36 653,89 manat, maliyyə sanksiyası üzrə 80 manat), İcbari Tibbi Sığorta Fonduna 0,34 manat, İşsizlikdən Sığorta Fonduna 5,54 manat və Dövlət Sosial Müdafiə Fonduna 1,66 manat daxildir.

Məlumata görə, borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilsə də, öhdəliklər yerinə yetirilməyib.

Gəncə Kommersiya Məhkəməsi tərəflərin iştirakı təmin edilmədən işə baxıb. 

Abbas 

0