İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi tərəfindən keçirilən satınalma proseduru yekunlaşıb.
Hit.az xəbər verir ki, satınalma çərçivəsində nazirliyin korporativ şəbəkəsinin təhlükəsizliyini təmin etmək məqsədilə lisenziyaların müddətinin uzadılması və əlaqədar xidmətlərin alınması nəzərdə tutulur.
Tenderin qalibi “BAKİNİTY DİSTRİBUTİON” MMC olub.
Müqavilənin maliyyə dəyəri 596 min 249 manat 28 qəpik təşkil edir.
Abbas


