Vüsal Aslanov onlara yeni vəzifə verdi - FOTO

İQTİSADİYYAT
17:46 / 19.06.2026
50
"Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Belə ki, Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.



Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O, bundan əvvəl "BakuBus" çalışıb.



Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəsi müavini təyin edilib. O, bu təyinatadək həmin departamentdə Layihə İdarəedilməsi şöbəsinin rəisi müavini işləyib.

0