27 iyun 2026-cı il tarixində Omar Atçılıq Mərkəzində ölkədə ilk dəfə olaraq “Biznesin Ritmi” konsepti ilə Comelson Networking Festivalı təşkil olunacaq.
Festivalın əsas məqsədi sahibkarları, şirkət rəhbərlərini, investorları, dövlət və özəl sektor nümayəndələrini, müxtəlif sahələr üzrə peşəkarları bir araya gətirərək yeni əməkdaşlıqların qurulmasına, biznes əlaqələrinin genişlənməsinə və networking mədəniyyətinin inkişafına töhfə verməkdir.
Tədbirdə böyük sahibkarlar, tanınmış iş adamları, qərarverici şəxslər, şirkət rəhbərləri və əməkdaşları, dövlət qurumlarının nümayəndələri, bank və maliyyə sektoru təmsilçiləri, səhiyyə və mədəniyyət sahəsinin tanınmış simalarının iştirakı nəzərdə tutulur.
Comelson Networking Festivalı iştirakçılara yalnız peşəkar əlaqələr qurmaq imkanı deyil, eyni zamanda fərqli festival təcrübəsi təqdim edəcək. Tədbir proqramına tanınmış biznes simalarının çıxışları, networking sessiyaları, canlı musiqi proqramları, DJ şou, müxtəlif performanslar, kreativ foto zonalar, açıq hava istirahət məkanları və Azərbaycan milli mətbəxinin seçilmiş təamları daxildir.

Biznes və əyləncəni bir araya gətirən festival iştirakçılar üçün yeni imkanlar, dəyərli tanışlıqlar və unudulmaz təcrübə vəd edir.
Comelson Networking Festivalı Azərbaycanda networking mədəniyyətinə yeni yanaşma gətirərək dövlət, özəl sektor və biznes icması arasında əlaqələrin daha da güclənməsinə xidmət etməyi hədəfləyir.
Tarix: 27 iyun 2026
Saat: 17:00
Məkan: Omar Atçılıq Mərkəzi
Əlaqə:
Tel: +994 99 793 47 46
Comelson Networking Festival
“Biznesin Ritmi”




