“Abşeron Şərab 1” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

İQTİSADİYYAT
22:14 / 23.06.2026
42

Dövlət Vergi Xidməti “Abşeron Şərab 1” Məhdud Məsuliyyətli Cəmiyyətinə dair vergi borclarının ödənilməsini təmin etmək məqsədilə məhkəməyə müraciət edib.

Hit.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, hüquqi şəxsin dövlət büdcəsinə 11 536,41 manat, İşsizlikdən Sığorta Fonduna 3,32 manat, İcbari Tibbi Sığorta Fonduna isə 0,82 manat məbləğində borcu yaranıb.

Vergi orqanı həmin borcların ödənilməsini təmin etmək üçün şirkətin icra orqanının rəhbəri – 1991-ci il təvəllüdlü Rəfıyev Elvin Bahadur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edib.

Məhkəmə ərizəni təmin edib və qərara əsasən, “Abşeron Şərab 1” MMC-nin dövlət və fondlara olan borcları tam ödənilənədək hüquqi şəxsin qanuni təmsilçisi Rəfıyev Elvin Bahadur oğlunun ölkədən çıxış hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qərarda qeyd olunur ki, məhdudiyyət borc öhdəlikləri tam icra edilənədək qüvvədə qalacaq.

Abbas
 

0