“Zamin Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı vergi və sosial öhdəliklər üzrə borcların ödənilməməsi səbəbindən şirkətin qanuni təmsilçisinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Hit.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək şirkətin dövlət fondlarına olan borclarının ödənilməsinin təmin edilməsi məqsədilə icra orqanının rəhbərinə qarşı ölkədən çıxış qadağasının tətbiqini xahiş edib.
Şirkətin İcbari Tibbi Sığorta Fonduna 2 675,42 manat, Dövlət Sosial Müdafiə Fonduna 16 513,59 manat, eləcə də İşsizlikdən Sığorta Fonduna 322,97 manat borcu olduğu bildirilib.
Məhkəmə ərizəni təmin edərək borclar tam ödənilənədək “Zamin Construction” MMC-nin icra orqanının rəhbəri Əliyev Firuddin Zahid oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıb.
Abbas


