“Coffee Moka” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbərinin ölkədən getmək hüququ borclarla bağlı məhkəmə qətnaməsi əsasında müvəqqəti məhdudlaşdırılıb.
Hit.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək şirkətin dövlət və sosial fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq tədbirin görülməsini xahiş edib.
İddia tələbində qeyd edilib ki, “Coffee Moka” MMC-nin dövlət büdcəsinə 243,94 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 4 509,46 manat, İcbari Tibbi Sığorta Fonduna 539,42 manat, İşsizlikdən Sığorta Fonduna isə 40 manat borcu mövcuddur.
Məhkəmə iddianı təmin edərək borclar tam ödənilənədək şirkətin icra orqanının rəhbəri Xəlfəyev Vüsal Rizvan oğlunun ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıb.
Abbas


