Bu şirkət son 4 ildə nazirliyin 42,6 milyonluq tenderini udub

İQTİSADİYYAT
17:28 / 29.06.2026
50

Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC olub.

Yeniavaz.com xəbər verir ki, İdarə Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması ve maddi-texniki bazanın gücləndirilməsi işləri üçün “Texno Lyuks M” MMC-yə 7 milyon 290 min 51 manat 68 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.

2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC indiyə kimi ancaq Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqələrində qalib olub. “Texno Lyuks M” MMC 2022-2026-cı illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi 42,6 milyon manat dəyərində 8 tender müsabiqəsində qalib olub.

0