“Lokal Pro” MMC-nin rəhbərinə “stop” qoyuldu

İQTİSADİYYAT
20:37 / 30.06.2026
40

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Lokal Pro” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edib.

Hit.az-ın xəbərinə görə, iddiada qeyd olunur ki, “Lokal Pro” MMC-nin dövlət büdcəsinə 5 227,25 manat vergi borcu, həmçinin İcbari Tibbi Sığorta Fonduna 1,65 manat məbləğində borcu yaranıb.

Borcların ödənilməsinin təmin edilməsi məqsədilə şirkətin icra orqanının rəhbəri, 1992-ci il təvəllüdlü şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istənilib.

Məhkəmə iddianı təmin edib və borclar tam ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Lokal Pro” MMC-nina qanuni təmsilçisi Ələsgərov Səxavət Gülağa oğludur.

Abbas 

0