Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Hale Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edib.
Hit.az-ın məlumatına görə, iddiada qeyd olunur ki, “Hale Construction” MMC-nin dövlət büdcəsinə 263 418,91 manat məbləğində vergi borcu yaranıb. Bundan əlavə, şirkətin Dövlət Sosial Müdafiə Fonduna 3 893,09 manat, İcbari Tibbi Sığorta Fonduna 537,55 manat və İşsizlikdən Sığorta Fonduna 133,59 manat məbləğində borcu olduğu bildirilir.
Borcların ödənilməsinin təmin edilməsi məqsədilə şirkətin icra orqanının rəhbəri, 1994-cü il təvəllüdlü şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istənilib.
Məhkəmə iddianı təmin edib və borclar tam ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Şirkətin qanuni təmsilçisi Şixiyev Emin Akif oğludur.
Abbas

