Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu

İQTİSADİYYAT
17:46 / 01.07.2026
41

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin sabiq direktoru Ceyhun Kərəmov həyat yoldaşının adına olan şirkəti öz adına keçirib. 

Qaynarinfo-nun məlumatına görə, Ceyhun Kərəmov "Accentıs Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub. 

Qeyd edək ki, 2024-cü ilin 23 sentyabrında yaradılan, nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Badamdar Ştq, Abbasqulu Abbaszadə küçəsi, ev 168-də yerləşən "Accentıs Group" MMC-nin qanuni təmsilçisi Kərəmova Vəfa Yaşar qızı idi. 

Xatırladaq ki, 2023-cü ildən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmış Ceyhun Kərəmov 2025 ilin 1 oktyabrında vəzifəsindən azad edilib. 
 

0