FHN Tibb Xidmətinə məxsus nəqliyyat vasitələri hərraca çıxarılır

İQTİSADİYYAT
21:16 / 02.07.2026
44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə məxsus bir neçə minik avtomobili hərraca çıxarılır.

Hit.az xəbər verir ki, satışa çıxarılan nəqliyyat vasitələri arasında “BMW 525i” və “Nissan Pathfinder” markalı avtomobillər yer alır. Avtomobillər 2006-cı il istehsalıdır.

“BMW 525i” markalı avtomobilin ilkin satış qiyməti 5 250 manat, “Nissan Pathfinder” markalı avtomobilin ilkin satış qiyməti isə 6 000 manat müəyyən edilib.

Nəqliyyat vasitələrinin satışı ilə bağlı hərracın avqustun 4-də keçirilməsi nəzərdə tutulur.

Abbas 
 

0