Vergi borcuna görə “Gundo Trade” MMC rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

İQTİSADİYYAT
19:58 / 02.07.2026
42

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Gundo Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı məhkəməyə müraciət edib.

Hit.az xəbər verir ki, iddia tələbində şirkətin dövlət büdcəsinə ümumilikdə 47 367,54 manat vergi borcunun olduğu bildirilib. Borcun 37 614,52 manatı vergilər, 9 753,02 manatı isə faizlərdən ibarətdir.

Qeyd olunub ki, vergi öhdəliklərinin yerinə yetirilməsi məqsədilə Vergi Məcəlləsinin müvaifiq maddəsinə əsasən vergi ödəyicisinə bildiriş göndərilib. Lakin müəyyən edilən müddət ərzində borc ödənilməyib.

İddia tələbində borcun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilib.

Məhkəmə təqdim edilən materiallara baxaraq iddianı təmin edib. “Gundo Trade” MMC-nin icra orqanının rəhbəri Natiq Zəkulla oğlu Yusubovun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb. 
Abbas 

0