Şuşa şəhər Kollecinin təmiri və bərpasına 4,4 milyon manat xərclənəcək

İQTİSADİYYAT
22:34 / 02.07.2026
48

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakültəsi) binasının əsaslı təmiri və bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qalib elan edilib. 

Şirkətin qiyməti təklifi 4 492 871,87 manat olub.

Abbas 
 

0