Dövlət İdarəsinin 7 milyon manatdan çox vergi borcu var

İQTİSADİYYAT
23:51 / 02.07.2026
51

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin (VÖEN – 0200006531) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin dövlət büdcəsinə ümumilikdə 7 milyon 148 min 930 manat 79 qəpik vergi borcu var.

Qeyd edək ki, Naxçıvan şəhəri, Azərbaycan küçəsi ev 59 ünvanında yerləşən İdarəyə Quliyev Sarvan Ağahüseyn oğlu rəhbərlik edir.
 

0