“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının bir sıra kənd və yaşayış məntəqələrini əhatə edən kompleks layihə üzrə satınalma müsabiqəsinə yekun vurub.
Hit.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Meqaplus” Firması olub. Müqavilənin maliyyə dəyəri 13.160.099,75 manat təşkil edir.
Layihə Naxçıvan şəhəri Qaraçuq, Babək rayonunun Nəzərabad-Dividar, Ordubad rayonunun Dəstə, Şahbuz rayonunun Kükü və Kəngərli rayonunun Təzəkənd-Xıncab kəndlərini əhatə edir.
Abbas


