Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var

İQTİSADİYYAT
17:07 / 07.07.2026
55

“Azərbaycan alüminiumu” ASC (VÖEN – 9900034091) ləğv olunduğunu elan edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti küçəsi, ev 6 ünvanında yerləşən Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasına bildirmələri istənilir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 18 milyon 163 min 999 manat olan “Azərbaycan alüminiumu” ASC 2000-ci ildən fəaliyyət göstərir. 

Hazırda dövlət büdcəsinə 8 miyon 524 min 235 manat 25 qəpik vergi borcu olan “Azərbaycan alüminiumu” ASC-nin qanuni təmsilçisi Sədullayev Dəyanət Bayrambəy oğludur.

Onu da qeyd edək ki, bu ilin may ayında Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini vəzifəsinə təyin olunan Dəyanət Sədullayev eyni zamanda “PAŞA Holdinq” MMC-nin baş direktorunun müavinidir.

0