Maliyyə Nazirliyinin balansındakı 28 avtomobil hərraca çıxarılır

İQTİSADİYYAT
19:38 / 07.07.2026
54

Maliyyə Nazirliyinin balansında olan 28 minik avtomobilinin satışı ilə bağlı hərrac keçiriləcək.

Hit.az xəbər verir ki, hərrac 2026-cı il sentyabrın 1-də təşkil olunacaq. Satışa çıxarılan nəqliyyat vasitələri arasında BMW, KIA, Toyota, Hyundai, Honda, Nissan və Changan markalı avtomobillər yer alır.

Məlumata görə, hərraca çıxarılan avtomobillərin istehsal illəri 2005-2019-cu illər aralığındadır. Nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 3 min manatdan 12 min manatadək dəyişir.

Siyahıda ən yüksək ilkin qiymətlə təqdim olunan avtomobillər arasında 2016-cı il istehsalı BMW 528i, 2017-ci il BMW 520i və digər nəqliyyat vasitələri var. 

Abbas
 

0