Milli Onkologiya Mərkəzi xərçəng dərmanları üçün 35 milyon manatlıq tender elan etdi

İQTİSADİYYAT
17:27 / 09.07.2026
55

Milli Onkologiya Mərkəzi kimyəvi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması ilə bağlı açıq tender elan edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.

Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının alınması nəzərdə tutulur.

0