DSMF-nin 2 milyon manatlıq müsabiqəsi ləğv edilib

İQTİSADİYYAT
23:34 / 13.07.2026
66

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial üçün ofis sahəsinin icarəsi xidmətinin göstərilməsi ilə bağlı keçirilən tender baş tutmayıb.

Hit.az xəbər verir ki, tenderin ləğv olunmasına səbəb tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Satınalma predmetinin ehtimal olunan qiyməti 2 073 600 manat təşkil edib.

Abbas 

0