İcra hakimiyyətinin tenderi ləğv edildi

İQTİSADİYYAT
21:38 / 13.07.2026
69

Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Cəbrayıl rayon məcburi köçkünləri üçün salınmış 4 saylı qəsəbədə yerləşən inzibati binanın həyətində abadlıq işlərinin görülməsi ilə bağlı keçirilən tender baş tutmayıb.

Hit.az xəbər verir ki, tenderin ləğv olunmasına səbəb tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Satınalma predmetinin ehtimal olunan qiyməti 111 922 manat təşkil edib.

Abbas 
 

0