Bu faydalı qazıntı yataqları hərraca çıxarılacaq

İQTİSADİYYAT
15:08 / 14.07.2026
36

Avqustun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Bu barədə HİT.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hərracda Füzuli rayonu "Arayatlı" (38.7 ha) və Qəbələ rayonu "Bumçay" (27.5 ha) qum-çınqıl yataqları investorlara təklif olunacaq.

"İddiaçılar hərracda iştirakla bağlı sənədləri 19 avqust 2026-cı il saat 18:00-dək "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Elan ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytına (auksion.gov.az) daxil olub tanış olmaq olar", - məlumatda qeyd olunub.

0