İcra hakimiyyətinin 852 min manatlıq tenderi baş tutmadı

İQTİSADİYYAT
22:53 / 24.07.2026
43

Culfa Rayon İcra Hakimiyyətinin elan etdiyi şəhərdaxili yolların işıqlandırılması üzrə tender ləğv olunub.

Hit.az xəbər verir ki, satınalma predmetini Culfa şəhərində 22 kilometr uzunluğunda şəhərdaxili yolların işıqlandırılması işləri təşkil edib.

Satınalma predmetinin ehtimal olunan qiyməti 852 min 987,78 manat müəyyən edilib.

Tenderin ləğv edilməsinə səbəb isə tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Abbas 

0