Yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun və iyul aylarına olan göstəricilərə əsasən, su təminatındakı çətinliklər daha kəskin xarakter alıb.
Nazirlik rəsmisinin sözlərinə görə, müraciətlər əsasən Sabirabad, Ağcabədi, Saatlı, Biləsuvar, Salyan, Zərdab, Neftçala, İmişli və Bərdə rayonlarında müşahidə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Aparatına və Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin statistikasına əsasən, suvarma suyu çatışmazlığından əziyyət çəkən rayonların ilk 10-luğu aşağıdakı kimidir:
1. Sabirabad – 40 müraciət
2. Ağcabədi – 36 müraciət
3. Saatlı – 26 müraciət
4. Biləsuvar – 25 müraciət
5. Salyan – 16 müraciət
6. Zərdab – 14 müraciət
7. Neftçala və İmişli – hər birindən 12 müraciət
8. Bərdə – 7 müraciət
9. Ucar, Şəmkir və Füzuli – hər birindən 6 müraciət
10. Kürdəmir – 5 müraciət


