Bu ilin ilk yarısında turizm məqsədilə Azərbaycana 723 min 222 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-iyun aylarında əcnəbi turistlər Azərbaycanda ümumilikdə 3 milyon 292 min 86 gecə (bir turist orta hesabla 4,5 gecə) keçiriblər.
Qeyd edək ki, əcnəbi turistlər Şuşa şəhərində 1 100 gecə keçiriblər. Şuşa şəhərində ən çox gecələyən turistlər Türkiyə vətəndaşları olub. Türkiyə vətəndaşları Şuşada 396 gecə qalıblar.
Şuşada gecələyən əcnəbi turistlər ölkələr üzrə aşağıdakı kimi olub:
Türkiyə – 396 gecə
Rusiya – 79 gecə
Ukrayna – 54 gecə
Qazaxıstan – 38 gecə
Özbəkistan – 32 gecə
Türkmənistan – 32 gecə
Almaniya – 15 gecə
ABŞ – 13 gecə
Gürcüstan – 12 gecə
İspaniya – 10 gecə
Belarus – 8 gecə
Moldova – 7 gecə
Digər ölkələr – 404 gecə


