ADNSU-nun kolleci borca düşüb

İQTİSADİYYAT
23:13 / 04.08.2026
42

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Bakı Neft Energetika Kollecinin dövlət qarşısında vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Belə ki, kollecin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9291.3 manat vergi borcu var.

Qeyd edək ki, təhsil müəssisəsi 1997-ci ildə yaranıb. Hazırda kollecə direktor müavini Zümrüd Vəliyeva rəhbərlik edir.

0