Lənkəranın avtomobil yollarında nəhəng təmir işlərinə başlanılır.
İqtisadiyyat.az xəbər verir ki, Lənkəran Şəhəri İcra Hakimiyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşırıb.
Belə ki, qurum təmir işlərini “Rash.M.M.Trade And Services-2020” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yollar həm büdcə, həm də büdcədən kənar vəsait hesabına təmir olunacaq. Təmir işlərinin icrasına 961 min 588 manat vəsait sərf olunacaq.


