TƏBİB 2,6 milyonluq oksigen qazı, 3,6 milyonluq tibbi vasitə alır

İQTİSADİYYAT
18:59 / 05.08.2026
52

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzi 3,6 milyonluq tibb vasitəsi və 2,6 milyon manat dəyərində tibbi oksigen qazı sifariş edib.

Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.

Məlumata əsasən, tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması ilə bağlı müsabiqə yekunlaşıb.

Belə ki, Tibb Texnikasının Təmiri Zavodu oksigen qazının alqı-satqısına 2 603 969 manat ödəniş təklif edib.

Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Həmçinin TƏBİB tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələrinin satın alınması ilə bağlı müsabiqəni də yekunlaşıb.

Belə ki, “Diamed CO” şirkəti tibbi vasitələrin alqı-satqısına 3 642 341 manat ödəniş təklif edib.

Hazırda bu təklif də dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.
 

0