Azərbaycanda 3,5 milyon manata şadlıq sarayı satılır

İQTİSADİYYAT
18:00 / 05.08.2026
46

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

HİT.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Əzizə" şadlıq sarayıdır.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir. 

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.
 

0