Türkiyədə 37,6 milyon, Rusiyada 16,7 milyon - Azərbaycanlıların yemək xərcləri

İQTİSADİYYAT
16:36 / 07.08.2026
47

2026-cı ilin aprel-iyun aylarında xarici ölkələrə turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının ümumi xərcləri 435,9 milyon manat olub. 2025-ci ilin eyni dövründə isə bu göstərici 514,7 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, beləliklə, ümumi turizm xərcləri illik müqayisədə 78,8 milyon manat və ya təxminən 15,3% azalıb.

Qidalanma xərcləri də geriləyib. 2025-ci ilin aprel–iyun aylarında qidalanmaya 99,7 milyon manat sərf edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 90,9 milyon manata düşüb. Bu da 8,8 milyon manat və ya təxminən 8,9% azalma deməkdir.

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə qidalanmaya ən çox pul xərclədiyi ölkə Türkiyə olub. Aprel-iyun aylarında Türkiyədə qidalanmaya 37,6 milyon manat, Rusiyada 16,7 milyon manat, Gürcüstanda isə 8,3 milyon manat xərclənib.

Türkiyə - 37 milyon 626,4 min manat
Rusiya Federasiyası - 16 milyon 655,8 min manat
Gürcüstan - 8 milyon 270,7 min manat
Çin - 2 milyon 870,9 min manat
Misir - 2 milyon 755,8 min manat
Birləşmiş Ərəb Əmirlikləri - 2 milyon 626,3 min manat
İtaliya - 2 milyon 360,4 min manat
Macarıstan - 2 milyon 44,9 min manat
Qazaxıstan - 2 milyon 8,7 min manat
Almaniya - 1 milyon 909,9 min manat
Özbəkistan - 1 milyon 885,2 min manat
Böyük Britaniya - 1 milyon 218,2 min manat

0