Bakıda 2,5 milyon manata şadlıq sarayı satılır

İQTİSADİYYAT
18:59 / 07.08.2026
45

Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Cihan Saray" 2 milyon 500 min manata satışa çıxarılıb.

HİT.az Valyuta.az-a istinadən xəbər verir ki, satışa təqdim edilən ikimərtəbəli obyektin ümumi faydalı sahəsi 1 048,2 kvadratmetrdir.

Bunun 840,6 kvadratmetrini zallar, 207,6 kvadratmetrini isə köməkçi sahələr təşkil edir.

Obyektin tavan hündürlüyü 11,3 metrdir. Bildirilir ki, geniş zallara və əlavə sahələrə malik bina şadlıq sarayı kimi fəaliyyət göstərmək üçün uyğundur.
 

0