Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, bu işləri “Hovers Group” şirkəti həyata keçirəcək.
Sözügedən işlərin icrasına 9,2 milyon manat vəsait sərf olunacaq.


